Marneulinin meri olsaydım nə edərdim
Marneuli radiosunun təşkil etdiyi Media Məktəb proyektində iştirak edən gənclər Marneuli sakinləri arasında sorğu keçirdilər.

Sorğu zamanı Marneuli sakinləri 1 günlük Marneuli bələdiyyəsinin mer vəzifəsini icra etmiş olsalar hansı dəyişikliklər edərdilər sualını cavabladılar.

Onlar 3 əsas problemi aradan qaldırmaq fikirlərini irəli sürdülər.

"İlk növbədə aksiya keçirərdim və Marneuli gənclərini cəlb edərdim. Onlar Marneulini rəngarəng şəkildə boyayardılar. Bu

məkan pozitiv yer olardı. İkinci isə Mcdonalds binasının çalışmasını təmin edərdim, çünki Marneulidə buna tələbat var. Üçüncü isə Algeti arenasını təmir edərdim, çünki Marneuli gənclərinin idmana və inkişafa ehtiyacı var"

"Birinci nəqliyyat şirkəti ilə işləri həll edərdim. İkinci möhtəşəm işıqlandırma qurardım və üçüncü əyləncə mərkəzi açardım. Çünki gənclər Marneulidə əylənə bilmirlər"

"İlk növbədə təhsil müəssisələri tikilməlidir ki, gənclər işlə təmin edilsin. İstirahət parkları olmalıdır"

"İlk növbədə mən əhalinin sosial durumunu düzəldərdim. İkinci kəndlərdə infrastruktur və üçüncü gənclərin problemlərini həll edərdim"

"Uşaqlar üçün attraksionlar, parklar tikərdim. Küçələrin daha təmiz olmasını istəyərdim və üçüncü iş yerləri açardım"

"Ehtiyacı olanlara kömək edərdim və yeni avtobuslar gətirərdim. Üçüncü isə Mcdonalds açardım"

"İlk növbədə park tikərdim və infrastruktura diqqət yetirərdim. Bir də avtobuslar gətirərdim çünki saat 6-dan sonra əhali çətinlik çəkir"


Marneuli sakinlərinin bir çoxu nəqliyyat probleminin aradan götürülərək, bələdiyyə avtobuslarının iş saatının uzadılmasını, sakinlərin boş zamanlarını dəyərləndirmək və körpələrin istirahəti üçün əyləncə parkının salınmasını və gənclərin işlə təmin olunması üçün iş yerlərinin açılmasını istədilər.


Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneulidə sorğu Marneuli
FaceBook Twitter Google