Yeni Zelandiyada məscidə hücum zamanı 40 nəfər həlak olub
Yeni
Zelandiyanın Kraystçerç şəhərində məscidə hücum nəticəsində 40
nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
The
Guardianın məlumatına görə baş verənlə bağlı ittiham olunanlardan
indiyə kimi 3 nəfər həbs olunub, onlardan biri qadındır.
Saxlanılanlarda çox sayda döyüş materialları və partlayıcı qurğular
aşkar ediblər. Avstraliyanın baş nazirinin bəyanatına görə
saxlanılanlardan biri Avstraliya vətəndaşıdır və o,
sağlarultra-milliyətçilər qrupunun üzvü idi.
Yeni Zelandiyanın baş naziri baş verəni terror hücumu adlandırıb və
bildirib ki, ölkə tarixində ən ağır dövrlərdən biridir. Baş verənə
görə ölkədə təhlükəsizlik ölçüləri ciddiləşdirilib. Polis
vətəndaşlara ölkə miqyasında məscidlərə getməkdən çəkinməklə bağlı
xəbərdarlıq edib. Nəşriyyatın məlumatına görə hücumçülar atəş açan
zaman güman ki, canlı yayıma qoşulublarmış. The Guardian yazır ki,
hücumçuların obyekti iki məscid – “Əl Nurisə” və Linvud İslam
Mərkəzi olub. Birincidə 30 nəfər ikincidə isə 10 nəfər
öldürülüb.
Ölkənin baş naziri Casida Ardenin sözlərinə görə hücum əvvəlcədən
planlaşdırılıbmış və onlar Yeni Zelandiyanı onun
multikulturalizmindən dolayı seçiblər.
Britaniya nəşriyyatı Daily Mail polis tərəfindən saxlanılanlardan
aşkarlanan silahların şəklini yayıb. Silahın darağına gürcü dilində
Davit Ağmaşenebeli və Davit Soslani yazılıb. Daraqda gürcü çarından
başqa digər tarixi şəxslərin adları da yazılıb. Onlar arasında
“Traparkali” mübarizəsində iştirak edən admiral Eduard Kodrinqton
və rus admiralı Dmitri Senyavinin adları da var.