Şotlandiyalı alimlər insan zülalı olan yumurtalar
yumurtlayacaq yeni genetik modifikasiya olunmuş toyuq növü
yaradıblar.
Tədqiqatçılar insan orqanizmində zülal istehsal
edən gen aşkar ediblər.
Onun elementlərini cücələrin DNT-sinə implantasiya ediblər.
Beləliklə, artıq cücələr böyüdükdən sonra tərkibində lazımi zülal
olan yumurtalar yumurtlayacaqlar.
Artıq tərkibində insan proteini olan yumurtaların ilk partiyası
əldə edilib. Bu cür zülallar virus əleyhinə və xərçəng əlieyhinə
xüsusiyyətlərə malikdirlər, həmçinin, zədələnmiş toxumaların bərpa
olunmasına da xidmət edirlər.
Dərmanların yumurtalardan hazırlanması onların laboratoriyada
sintez edilməsindən təqribən 100 dəfə ucuz başa gələcək. Beləliklə,
virus əleyhinə və xərçəng əleyhinə olan yeni dərmanlar kifayət
qədər ucuz ola bilər.
Mənbə: Oxu.az