Birinci sinif şagirdlərinin valideynləri məktəbə peyvəndi təsdiqləyən sənəd təqdim etməli olacaqlar
Birinci sinif şagirdlərinin validyenləri məktəbə peyvəndi təsdiqləyən sənəd təqdim etmli olacaqlar – bu haqda Gürücstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini İrina abuladze bildirib.

Abuladze açıqlama verib ki, birinci mərhələdə valideynlər peyvəndi təsdiqləyən sənədi verməli olmayacaqlar ancaq qanunun qüvvəyə minməsindən sonra 2019-cu ilin iyununda buna ehtiyac yaranacaq.

“İndiki mərhələdə səhiyyə nazirliyi ilə əməkdaşlıqla qızılcanın yayılma faktına görə tövsiyyə məktubu göndərdik ki, məktəblər valideynlərdən peyvəndi təsdiləyən sənəd tələb etsinlər. Ancaq indiki mərhələdə bu vacib sənədlər arasında deyil. Amma demək istəyirəm ki, parlment qanun qəbul edib və iyundan peyvəndlərin məcburi olması ilə bağlı qanun qüvvəyə minəcək. Müvafiq olaraq qanun qüvvəyə mindikdən sonra təhsil sisteminin və təhsil müəssisələrinin hansı öhdəliklərinə ola bilsin sənədlərin təqdim olunması ilə bağlı dəyişikliklər daxil olsun. Belə olan halda valideynlərə mütləq xəbərdarlıq edəcəyik” – Abuladze bildirib.

Print ელ. ფოსტა
თეგები: სკოლა აცრა
FaceBook Twitter Google