Malxaz Kobaurini Smitlər ailəsinin qətlində günahkar biliblər
Andlı hakimlər Malxaz Kobaurini Smitlər ailəsinin qətlində günahkar bilib. Qərar Qori rayon məhkəməsində elan edilib. Prokuror Zaza Datukaşvili jurnalistlərə bildirib ki, Kobauri andlı hakimlərin məhkəməsi tərəfindən bütün ittihamlarda günahkar hesab edilib və hökm yekdilliklə çıxarılıb.

Müdafiə tərəfi qərarı şikayət etməyi planlaşdırır.

“Əmin oluruq ki, bizim cəmiyyət andlı hakimlik üçün hazır deyil. Ali məhkəməyə şikayət edəcəyik. İrəli getmək üçün yollarımız yenə qalır. Ancaq bir fakt var ki, andlı hakimlərə hökm çıxarmaq üçün nəzərdə tutulduğundan artıq vaxt lazım oldu” – Kobaurinin vəkili Aleksandre Kobaidze bildirib.

Andlı hakimlərin hökmündən sonra artıq hakim Malxaz Kobauri üçün cəza müddətini müəyyən edəcək.

Malxaz Kobauri cinayət məcəlləsinin 109-cu maddəsinin birinci hissəsinin “q”, 2-ci hissəsinin “b”, 3-cü hissəsnin “a” və “b” altbəndləri və 137-ci maddənin birinci hissəsi ilə nəzərdə tutuluş cinayətdə ittiham olunur. Maddələr başqa cinayəti asanlaşdırmaq və örtmək məqsədi ilə qəsdən adam öldürmə, üç nəfərin xüsusi şiddətlə öldürülməsi, əvvəldən bilərəkdən azyaşlıya qarşı qətl və zorlamanı nəzərdə tutur. Qeyd olunan cinayət 16-dan 20 ilə qədər və ya daimi həbs cəzasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google