Bu gün, 26 mart
tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti
muzeyinin direktoru Leyla Əliyeva fəxri adla təltif
olunub.
Gürcüstanın
Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Mixeil Qiorqadze
“Gürcüstanın incəsənət xadimi” fəxri adını və qızıl döş nişanını
Leyla Əliyevaya təqdim edərək onu mükafatı və eyni zamanda ad günü
münasibəti ilə təbrik edib.
"Marneuli"
radiosu ilə söhbəti zamanı Leyla Əliyeva bildirdi ki, bu onun
indiyədək gördüyü işlərin və çəkdiyi əziyyətlərin
bəhrəsidir.
"Nə deyə
bilərəm, çox sevincliyəm. Elə bir hissdir ki, sanki havada uçuram.
Fəxri ad bu günə qədər çəkdiyim əziyyət və zəhmətimin
bəhrəsidir. Bu gün mənim doğum günümdür və bu mənə
Mədəniyyət naziri tərəfindən hədiyyədir." - Leyla Əliyeva
deyir
Xatırladaq ki, Leyla Əliyeva 2008-ci ildən
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin
direktorudur. O, 2017-ci ilin mart ayında Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar
mədəniyyət işçisi” fəxri adına layiq
görülmüşdür.