27 Mart 2019-cu il. Texniki
problemlər və ətrafınızdakı insanlarla münaqişə ola
bilər.
Qoç - bu yaxınlarda başladığınız işi uğurla başa vurmaq üçün var
qüvvənizlə çalışın. Yorulmağınız istisna deyil. Lakin ruhdan
düşməyin, ətalətə qapılmayın, süst olmayın.
Mühüm işi yarımçıq qoysanız, narazılıq və natamamlıq hissləri sizi
uzun müddət təqib edəcək.
Günün ikinci yarısında əhvalınızda müsbət dəyişikliklər olacaq.
Hadisələrə daha nikbin baxacaqsınız.
Buğa - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa
dəxli olmayan işlərə qatılmayın.
Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir
anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna
fikir verin, gərəksiz inadkarlıq etməyin.
Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək.
Əkizlər - tez və dərhal qazanc götürməyə, mənfəət əldə etməyə
çalışmayın. Belə olarsa, bel bağladığınız gəlirdən ən son anda
məhrum ola bilərsiniz.
Yol verdiyiniz səhvləri sıralamayın, yanlış davranmayın, tələsik və
emosional qərarlar verməyin. Borc almaq və ya sərt qənaət rejiminə
keçmək istəmirsinizsə, emosional olmayın, soyuqqanlı çalışın və
deyilənlərə diqqətlə qulaq asın. Hər məsləhətə uymayın.
Xərçəng - mütləq şəkildə niyyətinizə çataraq planınızı
reallaşdırmağa çalışın. Cəsur, məqsədyönlü, ağıllı və məntiqli
olun. Aktiv çalışın, irəliləyin, yerinizdə saymayın, süst və
ətalətli olmayın. İş başa çatandan sonra bir qədər dincəlmək,
gərginlikdən qurtulmaq, istirahət etmək olar. Sakit, aram yaşam
aramayın. Ciddi problemləri həll etməsəniz, nigaranlıq, qıcıq,
uğursuzluğa düçar olacaqsınız.
Şir - gün ərzində emosional məzmunlu addımlar ataraq düşünülməmiş
qərarlar qəbul etməyin. Günün iknci yarısında diplomatik davranın,
özünütənqidi unutmayın.
Yaşlılara sayğı ilə yanaşın. Yaxın ətrafınızdakı insanlara gözəl
estetik zövqünüzün olduğunu göstərin.
Xoşlanmadığınız insanın diqqəti, hətta "hədiyyə" vermək cəhdi ilə
üzləşə bilərsiniz.
Qız - nəyin bahasına olursa olsun, başlanmış işi başa vurun. Gərgin
və emosional şəraitdə riskli addımlar ataraq müstəqil qərarlar
qəbul edin.
İncikliyə vaxt sərf etməyin, əks təqdirdə işlər xoşagəlməz məcraya
yönələcək. Günün ikinci yarısında dost ünsiyyəti, maraqlı xəbərlər,
yeni yaradıcılıq ideyaları sizi stressdən qurtaracaq.
Tərəzi - məqsədə yalnız maneələri dəf etməklə çatmaq mümkündür.
Aktiv olun, planların həyata keçirilməsi prosesində əsla geri
çəkilməyin, kimsəyə güzəştə getməyin, qətiyyətli və iradəli
davranın. Yalnız bu minvalla peşəkarlığınızı sübut edərək
mübahisədə qalib gələ bilərsiniz. İşdə həmkarınızın qeyri-adekvat
davranışı və rəhbərin qəzəbi ilə qarşılaşacaqsınız.
Əqrəb - yaranan şərtlər situasiyanı formalaşdırır. Rahat və
harmonik yaşama nə qədər can atsanız da, şərtlərlə barışmaq
məcburiyyətindəsiniz.
Gərgin iş qrafikində çalışmağa hazır olun. Münaqişəni çözün,
tapşırığı və sifarişi yerinə yetirin, başlanmış işləri başa
vurun.
Oxatan - mövqelərinizi qorumaq və irəliləyişə nail olmaq üçün
hisslərinizə nəzarət edin. Qorxu, qəzəb, qısqanclığın öhdəsindən
gəlin. Belə hisslər uğur şanslarınızı azalda bilər. Günün ikinci
yarısında intellektual imkanlarınızı, yumor hissinizi nümayiş
etdirmək, yeni ideya və xəbərləri bölüşmək, bacarıqlarınızdan
başqasının bəhrələnməsinə imkan yaratmaq şansları olacaq.
Oğlaq - bədxahın avantürasına, rəqibin yaramazlığına, işlərin
çətinləşməsinə hazırlaşın. Seçim imkanlarınız çox məhduddur, çünki
baş verənlərin təşəbbüskarları başqalarıdır. Qalmaqallara
qatılmayın və münaqişələrdən uzaq durun. Yalnız maraqlarınıza
təhlükə olarsa, mənafeləriniz zərbə altında qalarsa və ya
hüquqlarınız tapdalanarsa, irəli atılın.
Dolça - günün ilk yarısından etibarən qətiyyətlə irəliləyin, əzmli
və inadkar olun. Sizdən asılı nə varsa, yerinə yetirin. Sükan
arxasında, yolda, ictimai nəqliyyatda ehtiyatlı olun. Texniki
problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.
Balıqlar - gün ərzində hissləriniz sınağa çəkiləcək. Hətta ən sakit
adam olsanız belə, qıcıqlana və hirslənə bilərsiniz.
Şəxsi münasibətlərlə yanaşı, işgüzar, maliyyə, peşəkar sahələrdə
münaqişələr istisna deyil.