02 Aprel 2019-cu il. Yaşam
arealınızda qayda yaradın, xaos görüntülərindən
qurtulun
Qoç - maddi, real işlərlə məşğul olun, həyatdan kam alın. Sözlərin
dəyəri çox deyil və buna görə də kiməsə öz mövqeyinizi anladaraq
sinirlənməyin. Yalnız qarşılıqlı maraq varsa, işgüzar görüşlər
fayda verəcək. Gərəkli ideyaları səbatlı etməyə imkan verəcək
ideyalar olacaq.
Buğa - işlərə praktik və sayıq yanaşmanın tələb olunduğu gündür.
Dünən hisslərlə həyəcanın bol olduğu sahədə indi nisbi sakitlikdir.
Yetərincə əlaqə və məlumat topladığınız sahələrdəki qarşılıqlı
təmasda olan məsələlər sizi maraqlandıracaq. Yaxşı bələd olduğunuz
işi yerinə yetirərkən yeni ideya yarana bilər.
Əkizlər - şəraitə sürətlə, tez uyğunlaşın, amma tələskənlik
etməyin, hövlnak addımlar atmayın. Mümkün qədər faydalı əlaqələr
yaradın. Səfər, səyahət və ünsiyyət üçün uğurlu gündür.
Faydalı məsləhət və informasiya ala bilərsiniz. Xırdalıqların,
təfərrüatların böyük dəyəri var.
Xərçəng - ambisiyalarınızı hərəkətə gətirəcək maraqlı və əlverişli
gündür. Potensialın araşdırılması ilə imkanların dəyərləndrilməsi
maraqlı nəticələr vəd edir. Özünüz barədə indiyədək etiraf etmək
istəmədiyiniz gerçəyi biləcəksiniz. Tələskənliyə aldanmayın.
Perspektivdə gərəyiniz ola biləcək informasiyanı dəyərləndirin.
Şir - səhər saatlarından etibarən aktiv və sayıq olun. Əsas məsələ
olur ki, heç yerə tələsməyin, səbrli olun, başladığınız işi sona
çatdırın. Yaxın ətrafınızdakı insanların narazılığını hiss
edəcəksiniz. Münasibətləri gərməyin və problem öz həllini tapacaq.
Ünsiyyətdə fəallaşma, qəfil və xoşagələn məqamlar yaşanacaq.
Qız - işlərdəki müvəqqəti fasilə şəxsi həyatınıza daha çox vaxt
ayırmağa imkan verəcək. Rahatlıq və komfort axtarışları
gözlənilir.
Təfərrüatlara və detallara diqqət verin. Həssas, sayıq olun.
Tərəzi - əvvəlki günlərdən yığılıb qalan, afterşok təsiri
bağışlayan emosiyalardan qurtulun. Uğurlu alış-veriş, xoş əhval,
sərfəli işlər günüdür. Status-kvonu qoruyun. Fəaliyyət planı ilə
bağlı kimsəyə təzyiq göstərməyin. Ev işləri ilə məşğul olun.
Əqrəb - maksimal fayda və mənfəətə nail olmaq üçün səylərinizi
dürüst istiqamətə yönəldin. Əlavə tapşırıq alsanız və ya başqasının
görməli olduğu işi sizə tapşırsalar, buna yox deyin, müqavimət
göstərin. İş və ünsiyyətlə bağlı intuisiyanıza etibar edin.
Şərtlərin axarından çıxmayın, hadisələrə süni təkan verməyin.
Dəyişikliklər spontandır, sizdən hansısa formada təşəbbüs tələb
etmir.
Oxatan - emosiyalar və hisslərdə qayda yaratmaq üçün əlverişli
gündür. Sevdiyiniz, dəyər verdiyiniz insanlara laqeyd olmayın.
Onların qayğısına qalın.
Yaradlıcılıq məziyyətləriniz yüksəkdə olacaq. Əvvəlki iş
metodlarından imtina edin, bir qədər fərqli davranın. İş stilini
təkmilləşdirin, bədxah və rəqibin məkrli planlarını əvvəlcədən
anlamağa çalışaraq tədbir görün.
Oğlaq - təsir imkanlarına tam nəzarət edin, yoxsa arzuolunmaz
hadisələrlə qarşılaşa bilərsiniz. İşlər çoxdur, amma aktiv olun,
qətiyyətli davranın, planı reallaşdırmaq üçün bütün imkanlardan
yararlanın.
Günün ikinci yarısında yaşamınızda əhəmiyyətini itirmiş hisslər,
emosiyalardan qurtulmalısınız. Yeni şəraitə uyğunlaşın və fayda
əldə etməyə başlayın.
Dolça - izafi səy göstərməyin, özünüzü həddən artıq yormayın.
Situasiyaları nüanslar həll edir.
Yaşananları müşahidə edin və köhnə problemi həll etmək imkanını
əldən verməyin. Məqsədə doğru hərəkətdə müəyyən problemlər yarada
biləcək diskomfort, rahatsızlıq yarana bilər.
Balıqlar - sakit, istirahət və rahatlıq hisslərinin gücləndiyi
gündür. Maraqlarınızın təminatına çalışın. Yaxın perspektivdə sizə
faydalı ola biləcək insanla əlaqə saxlayın.
Hisslərdə müəyyənliyin yaranması üçün əlverişli
gündür.