Müqəddəs Məryəmin himayədarlığı günü - hökumət tərəfindən sürətləndirilmiş yeni bayram təsis edilir

Gürcüstanın Baş-Naziri bu gün, 4 aprel tarixində baş tutan brifinqdə deyib ki, hökumət parlamentə sürətləndirilmiş

qaydada yeni bayramın təsdiqlənməsi üçün müraciət edəcək.

“Bu gün hökumət Gürcüstan parlamentinə təşəbbüs təqdim edəcək ki, sürətləndirilmiş qaydada müvafiq qanunvericilik dəyişikliyini qəbul etsin. Dəyişikliyə əsasən 12 may tarixində Müqəddəs Andrianın anım günüdür və eləcə də Gürücstanda Müqəddəs Məryəmin himayədarlığı günü təsdiqlənsin. Bu Gürcüstanın provoslav kilsəsinin təşəbbüsüdür, biz hörmət edirik və qoşuluruq. Əminəm ki, 12 may Gürcüstanda ən fərqli bayramlardan biri olacaq” – Mamuka Baxtadze bildirib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები