Həcər Yusibovanı
tanıyaq.
Həcər Yusibovanın 8 yaşı var və Yuxarı Saral
kənd ictimai məktəbinin 2-ci sinif
şagirdidir.
Həcər nağılları çox sevir o, "Marneuli" radiosunun körpə və
yeniyetmələr üçün nəzərdə tutduğu "Nağıl Saatı"nda qonaq olaraq
dinləyicilərə "Meşə Kralı" adlı sevimli nağılını
söylədi.
Əziz valideynlər!
Siz də radiomuzun körpələrə ayıracağı "Nağıl
Saatı"-na öz övladlarınızı və yaxınlarınızı yönləndirə, onların
danışacağı nağılları 96.9 fm vasitəsi ilə dinləyə bilərsiniz.
7 yaşından 16 yaşa qədər körpə və
yeniyetmələri radioda Azərbaycan, gürcü xalq nağıllarını, eləcə də
dünya nağıllarını səsləndirməyə dəvət edirik.
Maraqlanan
şəxslər 557 99 44 15 nömrəsinə zəng vura və "Marneuli" radiosunun
jurnalisti Pərvin Hacıyeva ilə əlaqə saxlaya bilərlər.