Təzə bişmiş çörəyin sağlamlıq üçün yarada biləcəyi beş problem
Təzə
bişmiş ətirli çörək iştahanı açaraq onu ləngitmədən yeməyə məcbur
edir. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıqla bağlı
müəyyən problemlərə gətirib çıxara bilər.
Təzə bişmiş çörəyin hansı fəsadlar törədə biləcəyi barədə məlumatı
diqqətinizə çatdırır.
Qida borusu xərçəngi - Ümumilikdə, təkcə təzə
bişmiş çörəyi deyil, digər yeməkləri də yüksək temperatur
səbəbindən dərhal yemək məsləhət deyil. İsti yemək və içkilər qida
borusunda xərçəng şişlərinin əmələgəlmə riskini artırır. Əldə
olunan elmi məlumatlarda isti yeməklərə və içkilərə meyil, habelə
onların müntəzəm qəbulu həmin riski 8 dəfə artırır.
Mikrofloranın qıcqırması və zədəsi - Qida sahəsi
mütəxəssislərinin sözlərinə görə, ağ undan hazırlanan təzə bişmiş
çörək isti olmasa belə, mədə-bağırsaq traktının mikroflorasında
çörək nişastası ilə qidalanan pis bakteriyaların fəallaşmasına
gətirib çıxarır. Bu proses nəticəsində qıcqırma, həmçinin qarında
köp və ağrılar, həzm traktında iltihab əmələ gəlir.
Depressiya - Təzə bişmiş yumşaq çörəyə istək ona
gətirib çıxarır ki, orqanizm qida dəyəri olmayan, lakin həzm tələb
edən bir çox maddələr alır. Nəticədə vacib mineral və vitaminlər
orqanizmi tərk edir, yerini doldurma isə baş vermir. Həmin
maddələrin çatışmazlığı çox vaxt depressiyanın əmələ gəlməsinə
gətirib çıxarır.
Həzm üçün təhlükə - Təzə çörəyi qəbul edən zaman
həzm traktında yumaqlar əmələ gəlir. Ekspertlər bildirirlər ki,
xəmirin yapışması nəticəsində əmələ gələn bu yumaqlar həzmolunma
prosesini ağırlaşdırır, həzm yolundan çətin keçir, mədədə isə həzm
fermentlərinin təsirinə təslim olmurlar. Bütün bunlar həzm
prosesinin dayanmasına və bağırsaq keçməzliyinə səbəb ola
bilər.
Artıq çəki - Həkimlər xəbərdar edirlər ki, təzə bişmiş
çörəkdəki maya göbələkləri xüsusən bel nahiyəsində piy yığınlarının
əmələ gəlməsinə şərait yaradır. Çörəkdən təkcə az istifadə etmək
deyil, həmçinin mayasız və digər sintetik əlavələrsiz tam buğda
çörəyinə üstünlük vermək lazımdır.
Mənbə: Milli.az