Qırğızıstanın baş müftisi plastik əməliyyatlarla
bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem
olmadığı təqdirdə plastik əməliyyat etdirmək və onun marketinqi ilə
məşğul olmaq haram elan olunub.
Bu barədə İnterfaks məlumat
yayıb
"Nəzərə alsaq ki, şəbəkə marketinqində biznesin
aparılması üçün yüksək risklər mövcuddur və o şəriət qaydasıyla
bizneslə məşğul olmağa imkan vermir, şəbəkə marketinqini haram
hesab edirik", - deyə ölkənin baş müftisi bildirib.
"Plastik əməliyyatlara gəlincə, anadangəlmə
əlilliyin və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması
üçün əməliyyatlar halal, gözəllik naminə edilən əməliyyatlar haram
hesab olunsun. Peyvəndləmə məsələsinə gəlincə, müsəlmanlar idarəsi
bu məsələni hər kəsin öz ixtiyarına buraxır ", - deyə Müsəlmanlar
İdarəsindən bildirilib.
Mənbə: Oxu.az