Bidzina İvanişvili Sameba kilsəsinin tamamilə boyanmasını maliyyələşdirməyə hazırdır

“Gürcü Arzusunun” lideri Bidzina İvanişvili Sameba kilsəsinin tamamilə boyanmasını maliyyələşdirməyə hazırdır.

Bu haqda Bidzina İvanişvili bu gün Gürcüstanın Patriarxı İkinci İlia ilə görüşündə bildirib. Görüş haqda məlumatı patriarxlıq yayımlayır.

“Patriarx qonağı Sameba kilsəsində aparılan, “Kartu Fondun” maliyyələşdirdiyi işlərlə tanış edib. Bidzina İvanişvili bildirib ki, o, Sameba kilsəsinin tamamilə boyanmasını maliyyələşdirməyə hazırdır. Görüşün sonunda Patriarx Cənab Bidzina İvanişviliyə xeyir dua verib və uğurlar arzulayıb”, – məlumatda deyilir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google