Sürücülük vəsiqəsi almaq üçün nəzəri və praktiki imtahanlar müvəqqəti ləğv olunur - DİN
Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi 20 mart tarixindən müəyyən xidmətlərin göstərilməsini ləğv edir.

Yeni tənzimləmələrə görə, Gürcüstan miqyasında Xidmət Agentliyinin bütün struktur vahidlərində sürücülük vəsiqəsi almaq üçün nəzəri və praktiki imtahanlar ləğv olunur.

Nəzəri imtahanların tarixi məlum olan vətəndaşlar xidmətin tam bərpa olunmasından 30 gün ərzində eyni filialda növbə gözləmədən imtahanı verə biləcəklər.

Nəzəri imtahanı vermiş şəxslər isə praktiki imtahanı xidmətlərin tam bərpasından sonra 30 gün ərzində verə biləcəklər.

Mənbə: ajaratv.ge
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google