Gürcüstanda koronavirusa yoluxanların sayı 43 nəfərə çatdı.
Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında
yayımlanıb.
Saytda yayımlanmış məlumata görə, 1575 nəfər karantində, 275 nəfər
isə stasionar nəzarət altındadır.
Qeyd edək ki, Gürcüstanda koronavirusdan bir nəfər sağalıb.