Məcburi vaksinasiya olmayacaq! – Qaribaşvili
Gürcüstanda məcburi vaksinasiyaya yol verilməyəcək.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

Baş nazirin sözlərinə görə, vətəndaşları əmin etməlidilər ki, vaksinasiya yeganə, alternativsiz variantdır:

"Birmənalı olaraq demək istəyirəm, mən, koordinasiya şurasının sədri və baş nazir kimi, məcburi vaksinasiyaya yol verməyəcəm. İstəyirəm bunu hamı yaxşı bilsin. Vətəndaşlarımızın azad seçim hüququ və imkanı var".

Xatırladaq ki, son sutka ərzində Gürcüstanda koronavirusa 3 436 nəfər yoluxub, 4 483 xəstə sağalıb, 43 nəfər vəfat edib.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია