Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ müharibəsinin ildönümü
ilə əlaqədar vətəndaşlara geniş müraciətində Azərbaycanın
müharibədə qazandığı uğurlardan,
Azərbaycanın Ermənistanda məhv etdiyi hərbi texnikadan danışıb.
“İndi isə əziz xalqıma bəzi məlumatlar vermək
istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın
məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir
hissəsinin siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv
edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan
Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər
tank olub onlarda”.
Eyni zamanda Əliyev Azərbaycan tərəfinin düşməni məhv etdiyi hərbi
texnikanın qalan hissəsinin də geniş siyahısını tərtib edib.
“İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm
və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul,
haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər
desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə
qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs
bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc
içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici
dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə
1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank
rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə,
onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kim
verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində,
demək olar ki, mən hər gün müsahibə verirəm”, -
Əliyev deyib.
Əliyev həmçinin, "CNN"-ə verdiyi məlumatda bildirib ki, o,
Rusiyanın Ermənistanı silahlandırmasını dayandıracağını və
Qarabağla bağlı üçtərəfli bəyanatın bütün bəndlərini yerinə
yetirəcəyini gözləyir, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarova isə belə cavab verib:
“Rusiyanın digər
ölkələrə [Rusiya] silah tədarükü suveren hüquqdur. Bu baxımdan
bizim həm Ermənistan, həm də Azərbaycanla müvafiq əməkdaşlığımız
var. Eyni zamanda, biz regionda qüvvələr balansına ehtiyac olduğunu
hesab edirik”.
Eyni zamanda, son illər Rusiya Azərbaycana 4 milyard dollarlıq
silah satıb.
Nəticə etibarı ilə Rusiyanın Ermənistan və Azərbaycana silah satışı
hələ 2020-ci il Qarabağ müharibəsindən əvvəl də tərəflər üçün
həssas məsələ idi.