“Parlamentlərin dostluq qrupları əlaqələrin inkişafında xüsusi rol oynayır” – Nikoloz Samxaradze
Parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları, beynəlxalq parlament təşkilatlarında əməkdaşlq ölkələr arasında əlaqələrin inkişafında xüsusi rol oynayır.

Bunu Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclasında deyib.

O, qeyd edib ki, bu format inkişaf üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია