Tbilisidə keçiriləcək ümumi imtahanlar üçün əlavə avtobus marşrutları təyin olunacaq

Tbilisidə keçiriləcək ümumi imtahanlar üçün əlavə avtobus marşrutları təyin olunacaq.



Bu barədə paytaxt meri Kaxa Kaladze hökumətin iclasında bildirib. Kaxa Kaladzenin bildirdiyinə görə, ictimai nəqliyyat iyulun 4-dən iyulun 27-dək fəaliyyət göstərəcək.

“Vahid Milli İmtahanların başlanması ilə əlaqədar abituriyentlər və işə qəbul olunan şəxslərin maneəsiz, vaxtında elan edilmiş yerlərə getməsi üçün 2022-ci ilin iyulun 4-dən iyulun 27-dək ictimai nəqliyyat vasitələri imtahan mərkəzlərinə ayrılacaq.

Metronun “Axmeteli Teatrı” stansiyasına bitişik ərazidən 39, 173, 177, 191, 175 nömrəli dövlət məktəbləri istiqamətində hərəkət etmək mümkün olacaq.

Varketili metrosundan 117 saylı orta məktəb istiqamətində hərəkət etmək mümkün olacaq. Avtobus Samqori metrosunun yuxarı çıxışından 103 saylı dövlət məktəbinə gedəcək. Avtobus avqustun 10-dək bu istiqamətdə hərəkət edəcək”,
- deyə Kaladze bildirib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google