5 ayda dövlət büdcəsi vergilərdən daxilolmaları 1,519 milyard lari artırıb
Büdcənin icrası ilə bağlı hesabatlara əsasən, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə 5,765 milyard lari daxil olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,8% və ya təxminən 1,519 milyard lari çoxdur.

Konkret vergilər üzrə büdcə gəlirlərinə gəlincə, 2022-ci ilin 5 ayında gəlir vergisi şəklində büdcəyə təqribən 1,897 milyard lari daxil olub, mənfəət vergisi üzrə daxilolmalar isə 887 milyon lariyə yaxın olub.
Yanvar-may aylarında büdcəyə ən yüksək məbləğ 2,266 milyard lari əlavə dəyər vergisi (ƏDV) daxil olub. Qeyd edək ki, bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 490 milyon lari çoxdur.

Bu il vergi daxilolmalarının artmasının əsas səbəbi gəlir, mənfəət və ƏDV vergilərindən daxilolmaların artmasıdır. Aydındır ki, sonuncunun artımının əsas səbəblərindən biri ölkədə inflyasiyanın yüksək səviyyədə olmasıdır.

Eyni zamanda, 2022-ci ilin 5 ayında aksiz vergisindən büdcəyə 612 milyon lari, idxal vergisindən 42 milyon lari, digər vergilərdən büdcəyə 61 milyon lariyə yaxın vəsait köçürülüb.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google