Qoridə 5 yaşlı uşağın üstünə eyvandan taxta parçası düşüb
Qartli.ge-nin məlumatına görə, Qori şəhərinin Stalin prospektində yerləşən binanın həyətində 5 yaşlı uşaq xəsarət alıb. Yerli KİV-in məlumatına görə, həyətdə oynayan uşağın üzərinə evlərdən birinin eyvanından taxta düşüb.

Hadisə ilə bağlı meriyadan bildirilib ki, adıçəkilən küçədə aparılan abadlıq işləri qəzanın baş verdiyi binaya aid deyil:

“Biz əvvəlcə 13-cü korpusadək getdik. Bundan kənar təmir işləri aparmırıq. Ona görə də Stalin prospektində aparılan abadlıq işlərinin bu faktla heç bir əlaqəsi yoxdur. Daha dəqiq desək, fakt həyətdə baş verib”,
- deyə inşaatçı qartli.ge-yə bildirib.

Qormedidən verilən məlumata görə, xəsarət alan uşağa tibbi yardım göstərilib, lakin müayinə üçün Tbilisi klinikasına göndərilib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google