Dövlət və “Delta” ilin sonuna kimi pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq
Müdafiə naziri Cuanşer Burçuladzenin sözlərinə görə, ilin sonuna kimi Gürcüstanda uçan aparatların istehsalına başlanılacaq.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi və pilotsuz təyyarələrin istehsalçısı olacaq “Delta” ilə əməkdaşlıq çərçivəsində özəl şirkət yaradılıb.

“Məhsulları praktikada fəal şəkildə istifadə olunan və çox özünü doğrultmuş özəl müəssisə olan Polşa şirkəti ilə bütün rəsmi prosesləri tamamladıq. “Delta” şirkəti ilə birlikdə biz özəl müəssisə yaratdıq və ilin sonuna kimi uçan aparatların istehsalına başlayacağıq”, - deyə Cuanşer Burçuladze bildirib.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl Burçuladze Müdafiə Nazirliyinin Polşanın “WB Electronics” şirkəti ilə pilotsuz uçan aparatların istehsalı üzrə birgə şirkət yaratdığını açıqlamışdı.

Mənbə: BM
Print ელ. ფოსტა
თეგები: #economy #georgia #marneulifm
FaceBook Twitter Google