Rəcəb Tayyib Ərdoğan - Rusiyanın işğal etdiyi ərazilər Ukraynaya qaytarılacaq
“Ukraynada sülh bərqərar olarsa, təbii ki, Rusiyanın işğal etdiyi torpaqların qaytarılması həqiqətən də mühüm əhəmiyyət kəsb edəcək”, - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində bildirib.

Fevralda Ukraynanı işğal etdikdən sonra Rusiyanın Ukraynadan ələ keçirdiyi ərazilərin bir hissəsini saxlamasına icazə verilməli olub-olmaması və bu məsələnin münaqişənin həllinin bir hissəsi olub-olmaması ilə bağlı suala Ərdoğan belə cavab verib: “Xeyr və mütləq deyil”.

“Biz qarşılıqlı razılaşmadan danışanda bunu nəzərdə tuturuq. Əgər Ukraynada sülh bərqərar olarsa, təbii ki, ərazilərin qaytarılması həqiqətən də vacib olacaq. Gözlənilən budur. İstənilən budur, Rusiyanın işğal etdiyi ərazilər Ukraynaya qaytarılacaq”, - Ərdoğan bildirib.

Krım məsələsinə gəlincə, Ərdoğanın sözlərinə görə, 2014-cü ildən bəri Rusiya prezidenti Vladimir Putindən heç bir addım atılmasa da, tələb olunan budur.

“2014-cü ildən bəri əziz dostum Putinlə bu barədə danışırıq və ondan bunu tələb edirik. Biz ondan xahiş etdik ki, Krımı qanuni sahiblərinə qaytarsın. Biz bunu hər zaman deyirik, amma o vaxtdan bəri təəssüf ki, heç bir addım atılmayıb”, - deyə Ərdoğan bildirib.

Ancaq Ukraynadakı hazırkı müharibənin necə və nə qədər tez bitəcəyi ilə bağlı suala Ərdoğan cavab verib ki, “Rusiyanın münasibəti çox, çox önəmli olacaq.

"Mən Özbəkistanda prezident Putinlə görüşdüm və onunla çox geniş müzakirə apardıq. O, əslində mənə bunu ən qısa zamanda həll etməyə hazır olduğunu göstərir. Bu, mənim təəssüratım idi, çünki indi hadisələrin gedişatı kifayət qədər problemlidir”,
- deyə Ərdoğan bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google