Gürcüstandan elektrik enerjisi ixracı 400% artıb
Milli Statistika Xidmətinin dünən açıqladığı hesabatdan aydın olur ki, bu il Gürcüstandan xarici ölkələrə elektrik enerjisi ixracı 73,9 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 399% çoxdur.

İxrac gəlirlərinin artması ölkədə generasiyanın yaxşılaşdırılması, eləcə də ixrac tarifinin artırılması ilə bağlı olub.

Milli Statistika Xidmətinin hesabatına görə, Gürcüstanın əsas ixrac bazarı hələ də Türkiyədir və bu il buradan 69,3 milyon dollarlıq elektrik enerjisi ixrac edilib. Əvvəlki illə müqayisədə bu məbləğ 8 dəfə artıb.

Türkiyədən başqa Ermənistana 4 milyon dollar, Azərbaycana isə 0,6 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.

Mənbə: BM
Print ელ. ფოსტა
თეგები: #economy #electric #georgia
FaceBook Twitter Google