Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb
Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə şahidlərinin “Mtavari Arxi” telekanalına verdiyi məlumata görə basqını törədən maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib. Bank filialının içərisində işçilər də daxil olmaqla, 10-a yaxın adamın olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.

Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: #criminal #georgia
FaceBook Twitter Google