Kutaisidə banka hücüm edən silahlı şəxs girovlara görə 2 milyon dollar tələb edir
Kutaisidə banka silahlı basqın edən şəxs girovların azadlığa buraxılması müqabilində 2 milyon dollar tələb edir.

Bu barədə yerli mediaya ötürülən videoda bildirilir. Yayılan görüntülərdə basqını törədən şəxsin üzərində partlayıcı olduğu ehtimal edilən qurğu görünür.

Yerli KİV girovlardan ikisinin azad edildiyini bildirir.

Hadisə şahidlərinin “Mtavari Arxi” telekanalına verdiyi məlumata görə basqını törədən maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib. Bank filialının içərisində işçilər də daxil olmaqla, 10-a yaxın adamın olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.

Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: #criminal #georgia #police
FaceBook Twitter Google