Qoridə polis maşını ilə “Volkswagen” markalı minik avtomobili toqquşub

Qoridə polisə məxsus pikap və “Volkswagen”

markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Təcili yardım briqadası yaralıları “Qormedi” klinikasına çatdırıb.“İnterpress News”a verilən məlumata görə, klinikada xəstə üzərində bütün lazımi analizlər aparılıb, müvafiq tibbi yardım göstərilib, vəziyyəti hazırda stabildir.

Hadisə Müqəddəs Su qəsəbəsi ərazisində baş verib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, araşdırmalara başlanılıb.

Mənbə: İnterPressNews

 

Print ელ. ფოსტა
თეგები: Polis
FaceBook Twitter Google