Parlamentdə “Yayım haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib

Parlament birinci oxunuşda “Yayımlar haqqında” qanunda dəyişiklik

edilməsi barədə qanun layihəsinə baxıb və 84 səslə dəstəkləyib.

“Yayım haqqında” qanuna edilən dəyişikliklərdən birinə görə, nifrət nitqi və terrorizm çağırışları olan verilişlərin və reklamların yayılması qadağan ediləcək.

Eyni qanun layihəsi ilə “Yayım haqqında” Qanuna “cavab hüququ” qeydi əlavə edilir, xüsusən də yayımçının məlumatında düzgün olmayan faktların çatdırıldığına inanan şəxsə “cavab hüququ” verilir.

Yayımçının müvafiq vasitə və formada yalan faktı düzəltməkdən və ya təkzib etməkdən imtina etməsindən Rabitə Komissiyasına və ya məhkəməyə şikayət verilə bilər.

Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsi sədrinin birinci müavini Eka Sepaşvilinin sözlərinə görə, mövcud qanuna edilən düzəlişlər assosiasiyanın razılaşdırdığı öhdəlikləri, yəni audiovizual media xidmətləri ilə bağlı Avropa İttifaqının direktivlərini Gürcüstan qanunvericiliyinə tətbiq etmək məqsədi daşıyır.

“Bu, bizim öhdəliyimizdir və Avropa İttifaqına inteqrasiya yolunda irəliyə doğru addımdır. Bundan əlavə, “Yaradıcı Avropa” proqramında tam iştirakın təmin edilməsi üçün dəyişikliklərə ehtiyac var”, - Eka Sepaşvili bildirib.

Qanunvericilik təşəbbüsünün müəllifləri parlamentin üzvləridir: Qiorqi Amilaxvari, İsko Dasen, Bejan Tsakadze, Davit Sonğulaşvili, Eka Sepaşvili, Qela Samxarauli, Levan Mqaloblişvili, Baia Kvitsiani, İrakli Mezurnişvili, Beka Odişaria.


Media Advocacy Koalisiyası hesab edir ki, Gürcüstanın “Yayım haqqında” qanununa edilən dəyişikliklərin bir hissəsi ifadə azadlığını məhdudlaşdıran riskləri ehtiva edir və Gürcüstanda media mühitini pisləşdirəcək.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები