Saqareco bələdiyyəsində qətl hadisəsi baş verib
Saqareco bələdiyyəsinin Keşəli kəndində 40 yaşlarında kişiyə bir neçə dəfə atəş açılıb. Yerli sakinlərin sözlərinə görə, Aydın Həmzəyev kiçik bizneslə məşğul olduğu şəxsi ticarət məkanında güllələnib.

Yerli sakinlər üçün hadisənin konkret səbəbi barədə danışmaq çətin olsa da, onlar keçmişdə pul tələb olunması faktını da versiyalardan biri hesab edirlər.

Hadisə səhər saatlarında baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci qəsdən adam öldürmə maddəsi ilə istintaq aparılır. Hadisə yerinə polis səfərbər olunub.

Print ელ. ფოსტა
თეგები: #criminal #georgia #sagareco
FaceBook Twitter Google