İran vətəndaşları Tbilisidə parlament binası qarşısında etiraz
aksiyası keçirib.
“Biz diktator istəmirik”, “İrana azadlıq” – şüarlar
səsləndiriblər.
Tbilisi aksiyası İranda 22 yaşlı Məhsa Əminin ölümündən sonra davam
edən etiraz dalğasını təkrarlayır. Gənc qadın "əxlaq polisi"
tərəfindən dindirildikdən sonra o, xəstəxanada koma vəziyyətinə
salınıb. Həkimlər onu xilas edə bilməyiblər.
“Biz İran xalqı islam rejimini istəmirik"
– mitinq iştirakçısı deyiblər.
{{AUDIO}}
Onlar parlamentin qarşısına çoxlu sayda plakat, o cümlədən Məhsa
Əminin fotoşəkillərini də gətiriblər.
"Qızımızı İran
İslam Respublikası öldürüb, onu İslam çadrasını geyindiyi üçün
döyüb öldürüblər" yazılı plakatlarda yerl alırdı.
“Ədalət”, “Azadlıq”, “Məcburi hicaba yox”, “Diktatora
ölüm”, “Qorxma, hamımız bir yerdəyik” – bu və digər
şüarlarla həbs olunan gənc qadının ölümünə görə etiraz aksiyaları
İranın müxtəlif şəhərlərində davam etdirilir.