Qəza zamanı xəsarət alanların vəziyyəti necədir? (VİDEO)
Rustavi-Tbilisini birləşdirən yüksək sürətli magistralda yol-nəqliyyat hadisəsi baş verib.

“İnfo Rustavi” informasiya agentliyinin məlumatına görə, “Honda”, “Mercedes” və “Smart” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Honda” markalı minik avtomobilinin sürücüsü sükanın idarəetməsini itirərək yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qəza zamanı 4 nəfər xəsarət alıb. Təcili tibbi yardım briqadaları yaralıları “New Hospital” və “Pineo” tibb müəssisələrinə çatdırıblar.

“New Hospital”dan bildiriblər ki, onlara daxil olan xəstə tibbi müayinədən keçirilir və həkimlərin nəzarətindədir.

Hadisə yerinə patrul və xilasedicilərin briqadaları səfərbər edilib.


Print ელ. ფოსტა
თეგები: #criminal #georgia
FaceBook Twitter Google