Marneuli bələdiyyəsinin Qırıxlı ictimai məktəbi gürcü dili müəllimi
vəzifəsinə vakansiya elan edib.
Məktəbdə boş yerin şagirdləri cəzalandırmaq məqsədi ilə dizi üstə
qoymuş müəllimin məktəbi tərk etməsindən sonra yarandığı güman
edilir. Rəhman Musayev təxminən 10 il ərzində Qırıxlı ictimai
məktəbində gürcü dili müəllimi işləyib.
Təhsil müəssisəsi bu gün, 4 oktyabrtarixində “Gürcü dili ikinci dil
kimi” müəllimi vəzifəsinə vakansiya elan edib. Seçiləcək namizəd
IV, V, VII, və VIII siniflərdə həftədə 20 saat dərs keçməli
olacaq.
Müəllimliyə namizəd müəllim peşə standartı ilə tətbiq edilmiş
tələbləri və qeyd olunan tələblərdən birini qane etməlidir:
- Ali təhsili təsdiq edən sənədə əsasən, müəllimlik
hüququ və Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydada
təsdiqlənmiş bacarığı olmalıdır;
- Sertifikata sahib olan şəxs olmalıdır.
- Sxemə ən az baş müəllim statusu ilə qoşulmuş
olmalıdır.
Müsabiqə əsasında seçiləcək müəllimin öhdəliyi belə olacaq: fənn
proqramlarını hazırlamaq; Dərslərin planlaşdırılması/keçirilməsi;
Keçirilmiş dərsin qiymətləndirilməsi/analizi; Dərs materiallarının
sonrakı tamamlanmasında və inkişaf prosesində iştirak etmək;
Kafedra tərəfindən təşkil edilmiş işgüzar görüşlərdə iştirak etmək;
Kafedra rəhbərliyinin tələbinə uyğun hesabat hazırlamaq; Məktəb
jurnalını hazırlamaq; Məktəbdə şagird və müəllimlər üçün təhlükəsiz
mühitin yaradılması məqsədi ilə müəllimlərin növbətçilik sxeminə
qoşulmaq və növbətçilik etmək. Ehtiyac olduğu halda sinif rəhbəri
olmaq.
Qeyd edək ki, Qırıxlı ictimai məktəbinin müəllimi Rəhman Musayev öz
ərizəsi əsasında məktəbi tərk edib. O, şagirdləri cəzalandırmaq
məqsədi ilə dizi üstə qoyub. Musayev müəllimliklə yanaşı Bələdiyyə
Məclisinin üzvü idi. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin
3 oktyabrda “Marneuli” radiosuna bildirdiyinə görə, deputat öz
səhvini başa düşüb və Bələdiyyə Məclisini tərk edib.
Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Mətbuat
Xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə
istintaq aparılır. Maddə məcbur etməni nəzərdə tutur.