“Valideynləri məcbur edirlər, görünür, onları hədələyirlər” – mülki fəal Samirə Bayramova Qırıxlı məktəbində baş vermiş zorakılıq barədə
Mülki fəal Samirə Bayramova şəxsi “Facebook” səhifəsində yazıb ki, Qırıxlı kəndində şagirdlərə qarşı zorakılıqda müzakirə olunan müəllimin valideynlər tərəfindən müdafiə edilməsi onların müdafiəsiz olduğuna işarədir.

“Valideynlər məktəb ərazisində toplaşıblar və müəllimin qeyri-etik hərəkətinə haqq qazandırırlar, onun yenidən məktəbə qayıtmasını tələb edirlər”, – Bayramova yazıb.

2 oktyabr tarixində yayımlanmış fotomaterialdan görünür ki, gürcü dili müəllimi və eyni zamanda Bələdiyyə Məclisinin üzvü 3-cü sinif şagirdlərini cəzalandırmaq məqsədi ilə dizi üstə qoyub. Mediada bu materialın yayımlanmasından sonra Rəhman Musayev “öz istəyi ilə” məktəbi tərk edib. 3 oktyabrda isə o, Bələdiyyə Məclisi üzvlüyündən də gedib.

Valideynlər müəllimin zorakı metoduna haqq qazandırırlar.

Hadisə ilə bağlı məktəb direktoru şərh vermir. Məktəbə getmiş media nümayəndələri isə zərərçəkmiş uşaqların valideynləri ilə qarşılaşıblar. Valideynlər müəllimi tərifləyir və məktəbə qayıtmasını tələb edirdilər.

“Mən bu xalqı çox yaxşı tanıyıram. Valideynləri məcbur edirlər və görünür ki, hədələyirlər. Dünən kənddə yaşayan çox adamla söhbət etmişəm. Bu məktəbin direktoru və müəllimi haqqında çox sayda qəddar hərəkətləri mənə danışdılar. Valideynlər küçəyə çıxmağa məcburdurlar, əks halda:
• Onların uşaqlarının məktəbdə problemi olacaq.
• Uşaqları məktəbdə, küçədə qısnama qurbanına çevriləcək.
• Valideynləri heç kim toya və yas yerinə dəvət etməyək ki, sən öz kəndlini şikayət edibsən və ya dəstəkləməyibsən”,
– Mülki fəal Samirə Bayramova şəxsi “Facebook” səhifəsində yazıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Mətbuat Xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparılır. Maddə məcbur etməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google