Marneuli bazarı ərazisində küçə ticarəti səkkiz ay əvvəl qadağan
olunub.
Buna baxmayaraq, küçə ticarətçiləri yenidən qadağan edilmiş ərazidə
dururlar və bazarın daxili ərazisinə keçmirlər.
Küçə ticarətçilərinin ətrafında əksər hallarda antisanitariya hökm
sürür. Meriyanın Nəzarət Xidmətinin xəbərdarlıqlarına baxmayaraq,
onlar yerlərini dəyişmək istəmirlər və buna səbəb olaraq “çörək
pulu qazanmalarını” qeyd edirlər.
“Meriya xəbərdarlıq edib, amma nə edək, acından
ölməliyik? Ayda 2 min larinin kreditini ödəyirəm. Diabet
xəstəsiyəm. Mənim piştaxtamda qutular dururdu, aparıblar. Məhsulum
da nə var idi, buraya atıblar, gecə donub. Belə etmək olarmı,
olmazsa, gəlib səhər deyərdilər ki, piştaxtanı açma, burada ticarət
olmaz.Mən də ərzaqları nisyə götürürəm. İndi 3 min larini haradan
alım, necə ödəyim? O zaman meriya ziyanı ödəsin”, -
Ramiz Hüseynov bildirdi.
“İş yerləri yoxdur. Kirayə qalırıq, heç evimiz də
yoxdur. 4 uşağım var, çıxmışam ki, nə isə gəlirim olsun. Dünən
xəbərdarlıq ediblər, bu gün gəldim, artıq heç nə yoxdur. Bazarda
piştaxtaya görə çox pul tələb edirlər. Nə satacağam ki, bu pulu
ödəyim. Pandemiya vaxtı da oldu, onda 10 gün vaxt vermişdilər. İndi
birdən-birə gəldilər, malı apardılar”, - Oksana
Hüseynova bildirdi.