Kənan Ömərov Tercola merinin ölümü ilə bağlı başsağlığı verib
Marneuli meri Kənan Ömərov Tercola meri Laşa Qoqiaşvilinin ölümü ilə bağlı başsağlığı verib. Bu barədə məlumat merin rəsmi "Facebook" səhifəsində paylaşılıb. Kənan Ömərov paylaşımında Laşa Qoqiaşvilinin ailəsinə, dostlarına və yaxınlarına başsağlığı verib.

"Həmkarım, Terjola Munisipalitetinin meri Laşa Qoqiaşvilinin vəfatı ilə bağlı dərin kədərimi bildirirəm. Ailəsinə, dostlarına və yaxınlarına başsağlığı verirəm".


Qeyd edək ki, Tercola meri Laşa Qoqiaşvili bələdiyyənin Sefareti kəndi ərazisində motosikletlə hərəkət edərkən qəzaya düşüb.

Motosikletlə yük maşınının toqquşması nəticəsində xəsarət alan Tercola meri Laşa Qoqiaşvili Kutaisi xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, 42 yaşlı merin həyatını xilas etmək mümkün olmayıb.

"Gürcü Arzusu" Partiyasının namizədi olmuş Laşa Qoqiaşvili 2021-ci ildə ikinci dəfə Tercola bələdiyyəsinin rəhbəri seçilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google