Qanunsuz odlu silah ələ keçirilib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tbilisi, Şida Kartli və Sameqrelo bölgələrində qanunsuz odlu silah və döyüş sursatı götürülüb, 4 nəfər saxlanılıb.
Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Patrul Polis Şöbəsinin əməkdaşları, 1983-cü il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı M.İ. Tbilisidə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun şəxsi axtarışı zamanı maddi sübut kimi 1 ədəd odlu silah, ağızlıq və döyüş sursatı götürüblər.
Şida Kartli polis idarəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşları, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1992-ci il təvəllüdlü T.K. Qoridə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin evində aparılan axtarış nəticəsində 1 ədəd odlu silah, 1 ədəd ağızlıq və patronlar götürüblər.

Tbilisi Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə Tbilisidə 1969-cu il təvəllüdlü Q.A.-nı həbs ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə baxış
zamanı maddi sübut kimi 2 odlu silah və 23 patron götürüblər.

1974-cü il təvəllüdlü M.N-nı Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Poti şəhər bölməsinin əməkdaşları Potidə qanunsuz odlu silah almaq və saxlamaq ittihamı ilə saxlayıblar. Onun yaşadığı ünvana baxış zamanı polis maddi sübut kimi odlu silah, ağızlıq və patronlar götürüb.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Silah
FaceBook Twitter Google