Caba Samuşia Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsinə
təyin olunması ilə bağlı məlumatları təkzib edib.
O, bu barədə bu gün, oktyabrın 9-da məlumat verib.
Onun sözlərinə görə, TDU-nun nizamnaməsi seçki qaydalarını
tənzimləyir və “heç kim heç kimi təyin etmir”.
“Dostlar, mən bütün günü yolda olmuşam və yalnız indi
bəzi qurumların guya rektor təyin olunmağımla bağlı yaydığı
məlumatı gördüm. Belə bir şey olmayıb və bu bir neçə qurum
tərəfindən yayılan dezinformasiyadır.
Nəyi hədəflədikləri aydındır, amma bu dəfə buna diqqət
yetirməyəcəyəm. Təəssüf edirəm ki, bir çox insanlar bu məlumatı
etimad kimi qəbul etdilər. TDU-nun nizamnaməsi seçki qaydalarını
tənzimləyir və heç kim heç kimi təyin etmir. Bundan əlavə, hazırda
universitetin rektoru var və bir neçə həftəyə yeni rektorun
seçilməsi planlaşdırılır. Biz hamımız TDU-nun ənənəsinə hörmət
etməliyik”, - Samuşia yazıb.
Bu gün səhər saatlarında “May Tələbə Hərəkatı” adlı tələbə hərəkatı
bəyanat yayıb və həmin hərəkat bir neçə nəfərin Feysbuk səhifəsində
Samuşiyanı TDU-nun rektoru olması münasibəti ilə təbrik edib.
Tələbə hərəkatı qeyd edib ki, sözügedən təbriklər “rektor təyinatı
prosesinin ədalətsiz və qeyri-bərabər şəraitdə baş tutacağını”
ifadə edir və hakimiyyətdə artıq “saxta seçkilərdən sonra təyin
edəcəkləri Caba Samuşia timsalında seçilmiş bir namizəd var”.
“Biz hələ ki, namizədlərin kim olacağını bilmirik, amma konkret
şəxsə ünvanlanan təbrikləri görürük və Tbilisi Dövlət Universiteti
bu barədə heç bir şərh belə etmir, çünki heç kim öz partiyasının
“bosslarının” sözləri ilə ziddiyyət təşkil etməyə cürət etmir.
"Bu gün tələbələr ədalətsiz akademik və siyasi sistemlə
üz-üzədirlər və bu reallığı dəyişməyin yeganə yolu universitetin
muxtariyyətini qorumaq üçün birlik və müqavimətdir",
- tələbələr yazır.
Tələbə hərəkatı bəyanatda qeyd edir ki, Samuşianın dostları və
qohumları onu gün ərzində rektor vəzifəsinə təyin olunması
münasibətilə təbrik edir və aşağıdakı fotoları əlavə edirlər:
“Hüquqi cəhətdən elmi şura rektor vəzifəsinə
namizədlərin qeydə alınması ilə bağlı elanı namizədlərin
qeydiyyatının başlanmasına azı 1 ay qalmış dərc edir. Qiorqi
Şarvaşidze iki gün əvvəl vəzifəsini tərk edib, ona görə də Elmi
Şura yeni rektor seçə bilməyib. Artıq müəyyən qruplar Tbilisi
Dövlət Universitetinin kimlərin rektoru olacağı ilə bağlı qərar
veriblər. Bu fakt elmi şura üzvlərinin qərar qəbul edərkən müstəqil
olmadığını sübut etdi. Universitetin klan rəhbərliyi kimin rektor
olacağını əvvəlcədən müəyyənləşdirib, lakin tələbələr onlara buna
imkan verməyəcək”, – tələbə hərəkatının bəyanatında
deyilir.
“May Tələbə Hərəkatı” TDU-nun elmi şurasının buraxılmasını və
rektorun seçilməsi qaydasının dəyişdirilməsini tələb edir. Onların
fikrincə, rektor professorların tam tərkibi tərəfindən seçilməlidir
və bu, təkcə TDU-ya deyil, bütün dövlət universitetlərinə şamil
edilməlidir.