Telavi məhkəməsi arvadını öldürməkdə təqsirləndirilən şəxsə həbs cəzası verib
Telavi Rayon Məhkəməsi 26 yaşlı Mariam Qatstulaşvilini qətlə yetirməkdə təqsirləndirilən Tornike Qamxvetelaşvilinin barəsində həbs qətimkan tədbiri seçilib.

“Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Telavi şəhərində qarşılıqlı mübahisə zəminində soyuq silahla həyat yoldaşının boğazına və döş qəfəsinə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində dünyasını dəyişib”, - deyə ittiham tərəfinin açıqlamasında bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google