Marneuli minivenləri Tbilisi istiqamətində qrafiki dəyişiblər
Marneuli minivenlərinin iş qrafiki dəyişib. Dəyişiklik sərnişin sayının artması ilə əlaqədardır. Minivinenlərin nümayəndəsinin “Marneuli” radiosuna bildirdiyinə görə, birinci taksi səhər saat 06:00-da işə başlayır.

“Səhər 6-nın yarısından işə başlayırıq. Birinci maşın saat 06:00-da çıxır. Sərnişinlər artıb. Çoxusu indi tələbələrdir. 5 dəqiqəyə 3-4 maşın dolur və Tbilisidən hər 15 dəqiqədən bir çıxırlar. Tıxacların olduğunu bilirsiniz, maşın 45 dəqiqəyə, 1 saata gəlir. Marneulidən sonuncu reys 18:30-da çıxır, Tbilisidən isə təmxinən 8-in yarısında” – şirkətdən bildirirlər.

Demək olar ki, minivenlər Marneuli üçün komfortlu vasitələrdən biridir və tələbələr əksər hallarda ondan istifadə edir. Marneulidə 30 taksi xidmət göstərir. Bir tərəfli gediş haqqı 3 laridir. Tbilisidən ən gec 8-in yarısına qədər qayıda bilərsiniz. Marneulidən Tbilisiyə isə 7-nin yarısında qədər getmək mümkündür.

Print ელ. ფოსტა
FaceBook Twitter Google