Vake Parkında elektrik cərəyanı vuran uşaq dünyasını dəyişib
Vake Park fəvvarəsində elektrik cərəyanı vuran 13 yaşlı qız dünyasını dəyişib. Məlumatı Xeçinaşvili klinikası yayıb.

Klinikadan verilən məlumata görə, onlar fəvvarəyə düşən oğlanın vəziyyətini stabilləşdirə biliblər və o, hazırda pediatriya şöbəsindədir.

“13 yaşlı qıza gəlincə, o, ürək tutması ilə gəlib, reanimasiya tədbirləri nəticəsiz qalıb, bioloji ölüm qeydə alınıb”,
- deyə həkim bildirib.

Vake parkında, girişə
yaxın ərazidə fəvvarədə uşaqları elektrik cərəyanı vurub. Onlardan ikisinin vəziyyəti ağır idi. Onlar klinikaya çatdırılmışdı.

Hadisə şahidləri bildiriblər ki, uşaqlar fəvvarəyə top atıblar, bundan sonra onlardan ikisi topu almaq üçün suya girib və onları cərəyan vurduqda üçüncü yeniyetmə onların köməyinə gəlib və onu da cərəyan vurub.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: fəvvarə Tbilisi Uşaqlar Vake
FaceBook Twitter Google