Ukraynada müharibə başlayandan indiyənə qədər 423 uşaq həlak olub
Ukraynada müharibə başlayandan indiyədək 423 uşaq həlak olub, 810 uşaq isə yaralanıb, – bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, bu göstəricilər yekun deyil, çünki hərbi əməliyyatların aparıldığı ərazilərdə və işğal olunmuş bölgələrdə baş verən hadisələri indiki mərhələdə təsdiqləmək çətindir.

Bundan əlavə, ən çox uşaq Donetsk, Xarkov, Kiyev, Nikolayev, Çerniqov, Zaporojye, Luqansk, Xerson
və Dnepropetrovsk rayonlarında ölüb və ya yaralanıb.

Ukrayna mətbuatının məlumatına görə, dünən Nikolayvdə rusların bombaladığı 5 mərtəbəli binanın dağıntıları altından xilasedicilər tərəfindən çıxarılan 11 yaşlı uşaq ölüb.

Print ელ. ფოსტა
თეგები: ölüm Rusya Ukrayna Uşaq
FaceBook Twitter Google