Rustavidə pitbull 4 nəfəri parçalayıb [video]
Rustavidə pitbull 4 nəfəri parçalayıb. “İnfo Rustavi”nin məlumatına görə, hadisə gecə saatlarında VIII mikrorayon, Şartava prospektində baş verib. Xəsarət alan gənclər - 2 qadın və 2 kişi təcili tibbi yardımla Rustavi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların 4-nün də əzalarında və qarnında dişləmələr olub.

Zərərçəkənlərin "İnfo Rustavi"yə bildirdiyinə görə, pitbull tamamilə sakit vəziyyətdə küçədə onlara hücum edib.

Onların izahatına görə, sahibi pitbullu xaltasız və ağızlıqsız gəzdirirmiş.

Sözügedən ərazidə 2 ay əvvəl pitbull iti 9 yaşlı uşağı dişləmişdi.


Print ელ. ფოსტა
თეგები: Pitbull Rustavi
FaceBook Twitter Google