İpoteka kreditlərinin ən bahalı/ucuz olduğu dünyanın 10 şəhəri - Tbilisi reytinq üzrə neçənci yerdədir?
Dünyada ipotekanın ən bahalısı Argentinanın Buenos-Ayres şəhərində, ən ucuzu isə Yaponiyanın Tokio şəhərindədir. Bu barədə NUMBEO məlumatında oxuyuruq. Reytinqə görə, Tbilisi dünyanın 467 şəhəri arasında 42-ci yerdədir və ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 12,37% təşkil edir.

Qeyd edək ki, reytinq azalma ardıcıllığı ilə tərtib edilib, ona görə də demək olar ki, Tbilisidə ipoteka kreditləri
dünyanın bir çox şəhərləri ilə müqayisədə ən bahalı kreditlərdən biridir. Qonşu ölkələrin paytaxtları ilə müqayisədə də bahadır. Yeganə istisna, reytinqdə 10-cu yeri tutan Ankaradır və kreditlər üzrə faiz dərəcəsi 19,78% təşkil edir. Bakıya gəlincə, o, 83-cü yerdədir, Bakıda ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 9,84% təşkil edir. İrəvanda reytinq 50-ci yerdədir, orta faiz dərəcəsi isə 11,94% təşkil edir. Moskva 74-cü yerdə qərarlaşıb, ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 10,35% təşkil edir.

İpoteka kreditlərinin ən ucuz olduğu 10 şəhər:
  • • Tokio, Yaponiya - 1,13%
  • • Nitsa, Fransa - 1,17%
  • • Tuluza, Fransa - 1,17%
  • • Tampere, Finlandiya - 1,19%
  • • Heidelberg, Almaniya - 1,19%
  • • Espoo, Finlandiya - 1,19%
  • • Helsinki, Finlandiya - 1,24%
  • • Cenevrə, İsveçrə - 1,27%
  • • Sürix, İsveçrə - 1,42%
  • • Kalsrue, Almaniya - 1,45%
İpoteka kreditlərinin ən bahalı olduğu 10 şəhər:
  • • Buenos Ayres, Argentina - 44,23%
  • • Karakas, Venesuela - 27%
  • • Akra, Qana - 25,50%
  • • İstanbul, Türkiyə - 23,64%
  • • İsfahan, İran - 21,34%
  • • İzmir, Türkiyə - 20,70%
  • • Daşkənd, Özbəkistan - 20,62%
  • • Antalya, Türkiyə - 20%
  • • Tehran, İran - 19,97%
  • • Ankara, Türkiyə - 19,78%

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: ipoteka kredit pul Tbilisi
FaceBook Twitter Google