Tehranın Evin həbsxanasında iğtişaş və yanğın nəticəsində azı 4
nəfər ölüb, 61 nəfər yaralanıb.
Bu barədə məlumatı İran dövlət mediasına əsaslanaraq Qərb mətbuatı
yayıb.
Bu həbsxana əsasən siyasi məhbusların saxlanması ilə tanınır. Son
bir neçə həftə ərzində hökumət əleyhinə nümayişlərə görə həbs
olunanlar da bu həbsxanaya aparılıb.
BBC Fars Xidmətinin mənbələrə istinadən verdiyi məlumata görə,
qurbanların
sayı daha çoxdur.
Sosial şəbəkələrdə həbsxananın ərazisində yanğının göründüyü,
atışma səslərinin də eşidildiyi bir sıra videolar yayılıb.
Həbsxanada iğtişaşın nədən qaynaqlandığı hələlik məlum deyil.
İranın onlarla şəhər və qəsəbəsində nümayişlər çağırılıb Əxlaq
Polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmin adlı qadının
ölümündən sonra başlayıb. O, keçən ilin sentyabrında məcburi hicab
və digər geyimlərlə bağlı qanunu pozmaqda ittiham edilərək həbs
edilib. Hüquq müdafiəçilərinin sözlərinə görə, 22 yaşlı qadın polis
tərəfindən döyülməsi nəticəsində dünyasını dəyişib və İran hökuməti
hadisəyə səbəb kimi qadının səhhətinin pisləşməsini göstərir.
Artıq bir neçə həftədir ki, aksiyalar davam edir və polis
aksiyaları zorakılıqla yatırmağa çalışır ki, bu da bir çox fəalın
həyatına son qoyub.