“Kaladze, məsuliyyəti öz üzərinə götür!” – meriya qarşısında etiraz aksiyası
Vətəndaşlar bu gün səhər saatlarında Tbilisi meriyası qarşısında etiraz aksiyası keçiriblər.

Onların əsas tələbi Tbilisi meri Kaxa Kaladze və prosesdə iştirak edən digər yüksək vəzifəli şəxslərin Vake parkında ölən və yaralanan uşaqlara görə məsuliyyət daşımasıdır.

Nə Marita Meparişvilinin ölümü, nə də iki yeniyetmənin yaralanmasına görə Daxili İşlər Nazirliyi tərəfindən heç kim saxlanılmayıb.


Bundan əvvəl fəallar cinayətkarlar cəzalandırılana qədər aksiyaların daimi olacağını bildiriblər.
Bu il oktyabrın 13-də 13 yaşlı iki oğlan Vake Parkında yeni açılmış fəvvarənin içərisinə düşən topu götürmək üçün suya girib və onları elektrik cərəyanı vurub.

13 yaşlı Marita Meparişvili elektrik cərəyanı vurması nəticəsində suda qalan dostlarına kömək etmək üçün suya girib.Tbilisi meri Kaxa Kaladze qəzadan bir gün əvvəl təmir edilmiş fəvvarəni açıb. Hadisə ilə bağlı araşdırma başlansa da kiminsə cinayətinin üzə çıxıb-çıxmadığı hələlik məlum deyil.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: თბილისი
FaceBook Twitter Google