Maliyyə xidmətləri ilə məşğul olan müəssisələrin gəlirləri 7,1 milyard lari təşkil edib
2021-ci ildə Gürcüstanda maliyyə xidmətləri ilə məşğul olan müəssisələrin bəyan edilmiş gəlirləri 7101,2 milyon lari təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların məlumatına görə, bunun böyük hissəsi (76,3 faizi) faiz və analoji gəlirlərə, 11,2 faizi komissiya haqlarına, qalan 12,5 faizi isə digər gəlir növlərinə yönəldilib.

“2021-ci ilin sonuna maliyyə xidmətləri göstərən müəssisələrin kassasına
nağd pul şəklində 2370,0 milyon lari yerləşdirilib.

2021-ci ilin sonuna əsas və qeyri-istehsal aktivlərinin qalıq (uçot) dəyəri 1800,6 milyon lari təşkil edib.

2021-ci ildə maliyyə xidmətləri göstərən müəssisələrdə çalışan işçilərin orta illik sayı 38,5 min nəfər olub, onların 60,3 faizini qadınlar təşkil edib.

2021-ci ildə sığorta şirkətləri tərəfindən əldə edilən mükafat (ümumi) (birbaşa sığorta fəaliyyətinə görə) 705,6 milyon lari təşkil edib ki, bunun da 39,2 faizi tibbi (sağlamlıq) sığortası, 16 faizi əmlak sığortası, 8,5 faizi həyat sığortasının payına düşüb.

2021-ci ildə sığorta şirkətləri tərəfindən dəyən sığorta itkiləri (ümumi) 425,2 milyon lari müəyyən edilib ki, bunun da 56,5 faizi tibbi (sağlamlıq) sığortası, 8,7 faizi əmlak sığortası, 7,1 faizi həyat sığortası, 3,4 faizi sığorta ilə bağlı mülki məsuliyyətin sığortasıdır. ”,
- deyə Milli Statistika Xidmətinin yaydığı məlumatda bildirilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google