2021-ci ilin sonuna qeyri-maliyyə korporasiyalarının aktivlərinin həcmi 114,7 milyard lari təşkil edib – Milli Statistika Xidməti
Sorğunun nəticələrinə görə, 2021-ci ilin sonuna qeyri-maliyyə korporasiyalarının aktivlərinin həcmi 114,7 milyard lari təşkil edib ki, bunun da 4,2 faizi xarici valyutada ifadə olunub. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların məlumatlarına görə, 2021-ci ilə qədər ümumi aktivlərdən maliyyə aktivlərinin həcmi 24,7 milyard lari təşkil edir.

“2021-ci ildə maliyyə aktivlərinin ümumi həcmindən qısamüddətli aktivlərin
həcmi 4,5 milyard lari, likvidlik faizi isə 37,3 təşkil edib.

2021-ci ilin sonuna qeyri-maliyyə korporasiyalarının öhdəlikləri 67,1 milyard lari, onun qısamüddətli öhdəlikləri 17 milyard lari təşkil edib. 2021-ci ilin sonuna cəmi öhdəliklərin 14,3 milyard lari xarici valyutada olan öhdəlikləri, qeyri-rezidentlərə olan mövcud borc (xarici borc) isə 11,4 milyard lari təşkil edir. Kapitalın və ehtiyatların həcmi 2021-ci ilin sonuna 47,6 milyard lari təşkil edib.

2021-ci ildə qeyri-maliyyə korporasiyalarının çəkdiyi faiz xərcləri 2,2 milyard lari, ümumi gəliri isə 15,0 milyard lari təşkil edir.

2021-ci ildə borclara xidmət üzrə çəkilmiş xərclər (kreditin əsas məbləği və faiz vergisi şəklində kredit öhdəliklərinin ödənilməsi nəzərdə tutulur) 9,6 milyard lari təşkil edib. Bunun 1,5 milyard lari borcuna xidmət yalnız kredit faizinə əsaslanır. Fiziki şəxslərdən alınan kreditlər üzrə borclara xidmət 92,9 milyon lari, digər qeyri-maliyyə korporasiyalarından götürülmüş kreditlər üzrə borclara xidmət 445,8 milyon lari təşkil edir”,
- deyə Milli Statistika Xidmətinin yaydığı məlumatda bildirilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: Lari Milli Statistika Xidməti
FaceBook Twitter Google