Rustavidə Daxili İşlər Nazirliyi pitbullun insanları dişləməsi faktı ilə bağlı araşdırmalara başlayıb
Ötən gecə Rustavidə it bir neçə nəfəri dişləyib.

“İnfo Rustavi” yerli mətbuata istinadən xəbər verir ki, pitbull iti 4 nəfərə hücum edib. Vətəndaşlardan birinin mediaya verdiyi məlumata görə, sahibi iti xaltasız və ağızlıqsız aparırmış və it qəfil onlara hücum edib. Nəşrin məlumatına görə, zərərçəkənlərin ətraflarında və qarnında dişləmələr olub və onlar klinikaya aparılıb.


Daxili İşlər Nazirliyindən “Publika”ya verilən məlumata görə, Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılan 124-cü maddəsi ilə araşdırma başlanıb.

Mənbə: Publika
Print ელ. ფოსტა
თეგები: İtlər Rustavi Sahibsiz itlər
FaceBook Twitter Google