Dövlətə məxsus 9 100 kv.m. torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirən iki nəfər saxlanılıb

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstan Maliyyə

Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları bir qrup şəxsin saxta rəsmi sənədlərdən istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda dövlət əmlakını ələ keçirmələri faktı ilə bağlı iki şəxs barəsində cinayət təqibinə başlayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2021-ci ildə saxta sənədlərlə Duşeti bələdiyyəsində bazar dəyəri 426 958
lari olan 9100 kv.m dövlət torpaq sahəsinə mülkiyyət hüququnu rəsmiləşdiriblər.

Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslər saxta sənədlərdən istifadə etməklə əlavə dəyəri 1 milyon 650 min 640 lari olan üç torpaq sahəsini dövlət qeydiyyatına almağa cəhd ediblər və operativ və səmərəli araşdırma nəticəsində bunun qarşısı alınıb.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362 və 180-ci maddələri ilə istintaq davam etdirilir.

Mənbə: BM

 

Print ელ. ფოსტა
თეგები: cinayət Dövlət Nazirlik
FaceBook Twitter Google