Vardziya yaxınlığındakı dağın yamacından daşlar düşüb
Vardzia muzeyinin yaxınlığında dağın yamacından daşlar düşüb. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Oktyabrın 18-də səhər saatlarında Vardzia muzeyinə bitişik ərazidə, perimetrin giriş baryerinin yaxınlığında dağın yamacından daşlar düşməyə başlayıb
(daşlar yuvarlanıb).

Lakin qeyd edildiyi kimi, bu, muzeyə bitişik, mədəni irs abidəsindən - Vardzia Monastır Kompleksindən uzaq ərazidir. Hadisə nəticəsində abidəyə təhlükə yaranmayıb”
, - deyə Mədəniyyət Nazirliyinin məlumatında bildirilir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: Muzey Vardzia
FaceBook Twitter Google